jump over navigation bar
Embassy SealABŞ Dövlət Departamenti
Bakı Azərbaycan - Amerika Birləşmiş Ştatların Səfirliyi - Ana səhifə
flag graphic
Son məlumat

İslam Dünyasına Əl Uzadaraq

ABŞ-ın Azərbaycandakı Səfiri Xanım Ənn E. Dersi

Prezident Barak Obama prezidentliyinin ilk anlarından İslam dünyasına əlini uzadaraq, onlara rəğbətə əsaslanan dialoq aparmağı və anlaşılmazlığı və inamsızlığı aradan qaldırmaq üçün əməkdaşlığı təklif etmişdir.

"Müsəlman aləmi üçün biz qarşılıqlı maraq və hörmət əsasında irəliyə aparan yeni yol axtarışındayıq" – Prezident Obama bu sözləri andiçmə mərasimində səsləndirmişdir.

Yeni administrasiyanın ilk günlərindən etibarən Prezident əməllərini dediklərilə uzlaşdırmağa başladı: o, dünyada mənfi rəmzə çevrilən və Kubada, Quantanamo Beydə yerləşən saxlama məntəqəsini bağlamaq üçün addımlar atmışdır. Əlavə olaraq, o, Amerikanın iki ən mötəbər dövlət xadimlərindən olan keçmiş Senator Corc Mitçelı Yaxın Şərq üzrə, uzun illər diplomat kimi çalışan Riçard Holbruku isə Əfqanistan/Pakistan üzrə xüsusi Səfir olmağa dəvət etmişdir.

O, elan etmişdir ki, Prezident kimi fəaliyyətinin ilk 100 günü ərzində Müsəlman ölkələrindən birinə səfər edəcək. Və Müsəlman aləminə açıq ismarıc olaraq, Prezident Obama mətbuat üçün ilk müsahibəsini ABŞ-dakı əsas xəbərlər qurumlarına deyil, Əl-Ərəbiyya şəbəkəsinə vermişdir.

Müsahibəsində o belə fikir söyləmişdir: "mənim vəzifəm Amerikalılara aşılamaqdır ki, Müsəlmanlar arasında müstəsna insanlar çoxdur, və onlar öz həyatlarını yaşamaq və uşaqlarına daha yaxşı həyat qurmaq istayindədirlər." "Mənim işim Müsəlman aləminə Amerikalıların onların düşməni olmadıqlarını çatdırmaqdır. Biz, bəzi hallarda, səhvlərə yol veririq. Biz təkmil olmamışıq."

Amerika ilə İslam dünyası arasında körpü yolunu oynamaq üçün Prezident Obama çox münasib şəxsdir. Afrika mənşəli atanın və Kanzaslı ananın oğlu olaraq o, öz uşaqlığı haqqında bəhs edəndə, tez-tez İndoneziyanı, dünyada ən çox Müsəlman əhalisinə malik olan ölkəni, xatırlayır. O, Amerikalılara öz Müsəlman qohumlarını, Şərqlə Qərbin, Cənubla Şimalın kəsişməsində olan irsini yada salır.

Bü gün Birləşmiş Ştatlar fəxrlə yaşayan bir ölkədir. Doğurdan da, Amerikalılar özləri ilə fəxr edir, çün ki, ölkəni qurub-yaradan Atalarımızın ali idealları və arzuları reallığa çox yaxınlaşıb. Bir millət olaraq, biz həmin, o "daha təkmil birlik" istiqamətində, yəni hər bir oğlun, qızın prezident olmaq imkanını açan mərhələyə qədəm qoymuşuq. Tariximizin köləlik və ayrı-seçkilik (seqreqasiya) kimi kədərli tərəfləri tariximizdəki faktlar kimi qalır, lakin bu hadisələri keçmişdə qoymaq naminə atdığımız addımlar bizim gücümüzün rəmzidir və sevincimizin səbəbidir.

Bu sevincimizi Amerikanın sərhədlərindən uzaqlarda bölüşənlər də olub. Barak Obama Amerikanın xarici siyasətinin Amerikanın dəyərlərinə sadiq qalacağı haqqında vəd vermişdir. "Ümumi müdafiəyəmizə gəldikdə isə, biz təhlükəsizliklə ideallarımız arasında seçim etməyi yanlış hesab edirik. Qurub-yaradan Atalarımız bizim təsəvvür etməkdə çətinlik çəkəcəyimiz bəlalarla üzləşiblər, qanunun aliliyi və insan hüquqlarını təmin etmək üçün xartiya tərtib ediblər, o xartiya ki, nəsillərin tökdüyü qanla genişləndirilib. Həmin ideallar hələ də dünyamıza işıq saçmaqdadır və biz onlardan rasionallıq xatirinə imtina etməyəcəyik," - bu fikiləri o andiçmə mərasimində söyləmişdir. "Və mən həmçinin, ən böyük paytaxt şəhərlərindən atamın doğulduğu kiçik kəndə kimi, bu gün bizi izləyən bütün insanlara və hökumətlərə də üzümü tutub deyirəm: bilin ki, Amerika sülh və şərəfli həyat axtarışında olan hər bir xalqın, kişinin, qadının və uşağın dostudur. Və biz bir daha liderlik etməyə hazırıq." Amerika Birləşmiş Ştatları Azərbaycanla yanaşı çalışaraq, ekstremist və nifrətlə daşıyan ideologiyalarla mübarizə aparır. Kosovodan İraqa və Əfqanistana kimi bizim qoşunlar çətinliklərlə üzləşən xalqlara sülh və ədalət qurmaqda kömək edir. İslam Konfransı Təşkilatında müqəddəs İslamın adından ekstremist planları naminə istifadə edənləri ifşa etmək üçün biz birgə mövqe nümayiş etdirmişik.

Qəzzadan Kabula gədər qızğın münaqişələr və ümumi maliyyə böhranı kimi dünyadakı çağırışların saysız-hesabsız olmasına baxmayaraq, biz birgə işləsək, inkişafa nail olacağıq. Bu Amerikada yeni günə olan ümidlərdir.


Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının
LAYİHƏ MÜSABİQƏSİ
(2009 ilin birinci yarısı)

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı üzrə layihə müsabiqəsini elan edir. Bu müsabiqədə Azərbaycanda gəlir güdməyən qeyri-hökumət təşkilatları (QHT), icma əsaslı təşkilatlar (İƏT) və digər  gəlir güdməyən assosiasiya və birliklər  büdcəsi 24,000 ABŞ dollarından çox olmayan layihə təkliflərini təqdim etməklə iştirak edə bilərlər. Bu dəfəki müsabiqənin mövzuları azad və ədalətli demokratik seçkilərin keçirilməsinə töhfələrin verilməsi,  vətəndaş məsuliyyətinin gücləndirilməsi və demokratik dəyərlərin təlqini, azad və peşəkar media və jurnalistikanın inkişafı, ətraf mühitin qorunmasında kollektiv məsuliyyətin inkişafı, insan hüquqlarının monitorinqi və hüquq və azadlıqların qorunması üçün ictimai vəkillik kimi sahələri əhatə edir.

Program maliyyə vəsaitlərinin cəlb edilməsinə yönəldilmiş (fandreyzinq) kampaniyaları, humanitar yardım layihələrini, elmi tədqiqat layihələrini, budcəsi 24,000 ABŞ dollarından artıq və icra müddəti bir ildən artıq olan layihələri, başqa təşkilat tərəfindən artıq icra edilən fəaliyyətləri təkrarlayan layihələri, gəlir gətirən fəaliyyətlə məşğul olan kommersiya təşkilatları tərəfindən təqdim edilən layhələri, və siyasi fəaliyyətləri dəstəkləyən layihələri maliyyələşdirmir.

Hər bir təşkilat öz layihəsini təqdim etmək üçün Demokratiya Komissiyasının rəsmi ərizə formalarından istifadə etməlidir.  Layihələr İNGİLİS dilində təqdim olunmalıdır. Layihər 2009-cü ilin mart ayının 5-nə qədər təqdim edilə bilər. Doldurulmuş ərizəni və digər tələb olunan sənədləri  BakuDemCom@state.gov elektron ünvanına göndərməyiniz xahiş olunur. 

TƏLƏBLƏRİ VƏ FORMALARI YÜKLƏYİN

Səfirliyin xəbərləri

Səfir Ənn E. Dersi

Mətbuat üçün açıqlama

ABŞ Səfirliyi, Bakı, Azərbaycan

26 yanvar 2009

Ingilisçə


Prezident Obamanın İnauqurasiya Nitqi

20 yanvar 2009
Prezident deyir, “Bu gün biz ona görə toplaşmışıq ki, ümidi qorxudan üstün tutmuşuq”

İnauqurasiya Nitqinin tam mətnini oxuyun

 


Yeni nəşr:

Barak Obama: Birləşmiş Ştatların 44-cü Prezidenti

Birləşmiş Ştatların 44-cü prezidenti Barak Obama sözün əsl mənasında Amerika həyatı yaşamış və Amerika siyasətində yeni səhifə açmışdır. Bu nəşr Obamanın həyatından bəhs edir, onun prezidentlik kürsüsünə aparan yolu göstərir və gələcəyə olan baxışlarını əks etdirir. Eyni zamanda, bu nəşr oxucuya Obamanın ailəsini və yeni vitse-prezident Cozef Baydenı təqdim edir.

Nəşrin tam mətnini oxuyun

- Yeni Elektron Jurnalı -

- ABŞ haqqında -

America.gov

на русском языке 




    Sayt ABŞ Dövlət Departamenti tərəfindən idarə edilir.
    Kənar internet linklərinin yerləşdirilməsi onların məlumat və məxfilik siyasətinin bölüşdürülməsi kimi qiymətləndirilməməlidir.


Amerika Birləşmiş Ştatların Səfirliyi